Məktəb haqqında

Saraçlı Kənd orta məktəbi – 1919-cu ildə açılmışdır. 1926-1927-ci illərdə, Saraçlı Kənd Sovetinin Rəhbəri Məhəmməd isa oğlu Səfərovun təşəbbüsü ilə genişləndirilmişdir.

1918-cu il Gürcüstan Demokratik Respublikasının yaradılması ilə, Borçalı regionunda bir sıra təhsil ocaqlarının tikintisinə başlanılmışdır. Planlaşdırılmış 19 azərbaycandilli orta məktəblərindən 13-çü bir il ərzində artıq tikilmişdir. Onların içərsinə Saraçlı məktəbi də daxilidi. Cəmi üç sinfi olan bu kiçik məktəbdə 30-a yaxın tələbə (onların içərsində 4 qız) öz ilk təhsilini alırdı. 1926-1927-ci illərdə, yerli Kənd Sovetinin Rəhbəri Məhəmməd İsa oğlu Səfərovun təşəbbüsü və bilavasitə rəhbərliyi altında məktəb fundamental şəkildə genişləndirilmiş, Saraçlı Kənd Orta Məktəbi və həmçinin Böyuklərin savad alması üçün Böyüklər İbtidai Məktəb adlı təhsil ocaqları yaradılmışdır. 30-cu illərin əvvəllərində, kənd məktəbi on illik məktəbə çevrilmişdir. 2009-cu ildə Saraçlı Orta Məktəbi öz 90 illiyini təntənəli qeyd etmişdir.