Müəllimlər

Tam adı:Bayramov Bayram Tanrıverdi


 

Bayramov Bayram Tanrıverdi oğlu 1914-cü ilin may ayının 15-də  Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1931-ci ildə Saraçlı orta məktəbini qurtarıb, Faxralı kəndinin 7 illik məktəbinə daxil olub. 1934-cü ildə həmin məktəbi qurtarıb Tbilisi Pedoqoji texnikomuna daxil olub.1938-ci ildə Pedoqoji texnikomu qurtararaq Ağbulaq rayonunun Nabilnar ibtiadi məktəbinə müdir təyin olunmuşdur. 1939-cu ilin noyabr ayının 18-də ordu sıralarına çağrılmışdır və 1946-cı ilin mart ayına qədər ordu sıralarında qulluq etmişdir.  1941—1945 -ci il böyük vətən müharibəsində iştirak etmişdir.

1946-cı ilin sentyabr ayından 1950-ci ilə kimi Faxralı kəndi Şahbuzlu məktəbində, 1950-ci ildən 1951-ci ilin dekabr ayına kimi Faxralı kənd orta məktəbində işləmişdir.

1951-ci ildən Saraçlı kənd orta məktəbində əvvəlcə kimya-biologiya müəllimi, 20.08.1963 – 01.02.1967 tarixlərində məktəbin istehsalat tədrisi üzrə direktor müavini, daha sonra isə 20.08.1967 -  20.08.1978 tarixlərində  məktəbin təşkilatçısı vəzifəsində işləmişdir.

Bayramov Bayram Tanrıverdi oğlu 1991-ci ildən məktəbdən ayrımışdır.

 

Haqqın rəhmətində qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:Bayramov Musa Məhəmməd


Bayramov Musa Məhəmməd oğlu  1938-ci ildə Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1951-ci ildə saraclı orta məktəbinin 1-ci sinifinə daxil olmuş və 1958-ci ilin noyabr ayında əsgərliyə çağrılmışdır. Əsgərlikdən qayıtdıqdan sonra 1962-ci ildə Bakı şəhəri 20 nömrəli F/G məktəbinin 9-cu sinifinə daxil daxil olub 1963-cü ildə həmin məktəbi bitirib AzP.T.İ-nun texnologiya fakultəsinə daxil olmuşdur.

1969-cu ildə Politexnik İnstitutunu bitirdikdən sonra Moldaviyanın Belçi şəhərinə təyinat almışdır. Orada bir il işlədikdən sonra şərait olmadığından Gürcüstana qayıtmışdır.

1971-ci ilin yanvar ayından  avqust ayına qədər Faxralı orta məktəbində Fizika müəllimi işləmişdir.

1971-ci ilin avqust ayından pensiya yaşına qədər Saraçlı orta məktəbində Fizika müəllimi işləmişdir.

 

22 aprel 2011-ci ildə haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:Bədəlov Nəbi Paşa


Bədəlov Nəbi Paşa oğlu 1938-ci ildə Bolnisi rayonu Saraçlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1944-cü ildə Saraçlı səkkizillik məktəbin birinci sinifinə daxil olub, 8-ci sinidi 1952-ci ildə bitirmişdir.

1952-ci ildə  Marneuli pedoqoji texnikomuna daxil olmuşdur. 1957-ci ildə həmin texnikomu bitirərək Saraçlı orta məktəbinə müəllim təyin olunmuşdur.

13 noyabr 1957-ci ildən 1960-ci ilə kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

1960-cı ildən pensiya yaşına qədər Saraçlı orta məktəbində müəllim işləmişdir.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:Eminov İmran Məhəmməd


Eminov İmran Məhəmməd oğlu 1935-ci ildə Bolnisi rayonu Saraçlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1942-ci ildə Saraçlı səkkizillik məktəbin birinci sinifinə daxil olmuşdur. 1951-ci ildə Saraçlı səkkizillik məktəbini bitirərək, həmin dərs ilində Arıxlı orta məktəbinə getmişdir.

Həmin məktəbi 1954-cü ildə bitidikdən sonra,  1955-ci ildə Bakı şəhərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutuna daxil olmuşdur.   Bədən Tərbiyəsi institutunu 1959-cu ildə bitirərək Bolnisi rayonunun İmirhəsən kənd orta məktəbinə təyinat almışdır.

1967-ci ildən isə  ömrünün sonuna qədər Saraçlı orta məktəbində bədən tərbiyəsi müəllimi işləmişdir.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

 

Tam adı:Əhmədov Tapdıq Mövlüd


Əhmədov Tapdıq Mövlüd oğlu 5 mart 1941-ci ildə Saraçlı kəndində kolxozcu ailəsində anadan olmuşdur. 1948-ci ildə həmin kəndin orta məktəbin birinci sinifinə daxil olmuşdur və 1958-ci ildə həmin məktəbi bitirmişdir.

1959-cu ildə Bakı 3 nömrəli tibb texnikomuna daxil olub, 1962-ci ildə həmin texnikomu bitirmişdir.

1962-1963-cü illərdə Saraçlı həkim məntəqəsində feldşer işləmişdir. 1963-cü ilin noyabr ayında Sovet ordusu sıralarına çağrılmış 1965-ci ilin dekabr ayında başa çatdırmışdır.

Əsgərlikdən qayıtdıqdan sonra Faxralı və Saraçlı həkim məntəqələrində 6 il feldşer işləmişdir.

1969-cu ildə S.M.Kirov adına ADU-nun qiyabi biologiya fakultəsinə daxil olmuşdur. Universitetdə oxumaqla bərabər Saraçlı orta məktəbində biologiya müəllimi işləməyə başlamışdır.

1975-ci ildə Universiteti bitirdikdən sonra ömrünün sonuna qədər Saraçlı orta məktəbində biologiya müəllimi işləmişdir.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:Əhmədova Gülnaz Əhməd


Əhmədova Gülnaz Əhməd qızı 1928-cü ildə Bolnisi rayonu Saraçlı kəndində kolxozcu ailəsində anadan olmuşdur. 1933-ci ildə həmin Saraçlı ibtidai məktəbinin birinci sinifinə daxil olmuşdur və həmin məktəbin 4-cü sinifini 1937-ci ildə bitirmişdir.

Təhsilini davam elətdirmək üçün Bolnisi 7 illik məktəbinin 5-ci sinifinə daxil omuş və həmin məktəbin 7-ci sinifini 1940-cı ildə bitirmişdir. Həmin ilin sentyabr ayında Bolnisi kənd təsərrüfatı texnikumuna aqronomluq şöbəsinin 1-cu kursuna daxil olmuşdur və 1944-cü ildə bitimişdir. İxtisasını təkmişlləşdirmək üçün 1945-ci ildə Tbilisidə pedoqoji texnikumuna daxil olmuş və 1945-ci ildə həmin ildə də bitirmişdir.

1945\46-cı tədrdis ilində Bolnisi rayonunun Mığırlı kəndində müəllimə işləmişdir. 1949-cu ildə Bolnisi rabitə idarəsində teleqrafist işləmişdir.

1950-ci ildən Saraçlı orta məktəbində müəllimə işləmişdir.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:Əhmədova Gövhər Camal


Əhmədova Gövhər Camal qızı 1954-cü ildə Bolnisi rayonu Saraçlı kəndində kolxozcu ailəsində anadan olmuşdur. 1962-ci ildə həmin Saraçlı orta məktəbinin birinci sinifinə daxil olmuşdur və 1972-ci ildə həmin məktəbi bitirmişdir.

1972-ci ildə Şamaxı pedoqoji məktəbinin müəllimə hazırlayan İbtidai sinif şöbəsinə daxil olmuşdur. 1974-cü ildə Şamaxı pedoqoji məktəbini bitirmişdir və Saraçlı orta məktəbində müəlimə işləməyə başlamışdır.

 

Tam adı:Əlimərdanov Veys Mahmud


Əlimərdanov Veys Mahmud oğlu 1921-ci ildə Bolnisi rayonu Saraçlı kəndində anadan olmuşdur. 1929-ci ildə Saraçlı kəndindəki ibtidai  məktəbin birinci sinifinə daxil olmuşdur. 1937-ci ildə Saraçlı natamam orta məktəbinin 7-ci  bitirərək, Borçalı pedagoji məktəbinin 1-ci kursuna daxil olub. 1940-cı ildə həmin məktəbi bitirmişdir.

1940-cı ilin oktyabrında Borçalı hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmtə çağrılmışdır. 1941-ci ildən 1943-cü ilin avqust ayına qədər Böyük Vətən müharibəsində iştirak etmişdir.

1943-cü ilin avqustunda ordudan tərxis olunmuşdir. 1943-cü ilin 20 avqustundan 1 nəyabra qədər Bolnisi rayon maarif şöbəsi tərəfindən İmirhəsən səkkizillik məktəbinə hərbi təlim müəllimi təyin olunmuşdur.

1943-cü ilin 1 noyabrından Bolnisi rayonu üzrə Asoaviaxim təşkilatına sədr vəzifəsinə göndərilib. 1944-cü ildə Bolnisi rayon ticarət təşkilatının təlimatçısı vəzifəsində çalışmışdır. 1947-ci ildən 1950-ci ilə kimi Saraçlı kənd spvetliyi üzrə məntəqə yağ qəbuledici vəzifəsində çalışmışdır.

1951-ci ilin 1 sentyabrından Saraçlı səkkizillik məktəbinə ibtidai siniflər üzrə müəllim təyin olunmuşdur.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

 

Tam adı:Əliyev Paşa Mustafa


Əliyev Paşa Mustafa oğlu 1929-cu ildə Bolnisi rayonu Saraçlı kəndində kəndli ailəsində anadan olmuşdur. 1936-ci ildə Saraçlı kəndindəki 7 illik  məktəbin birinci sinifinə daxil olmuşdur və həmin məktəbinin 7-ci  sinifini 1942-ci ildə bitirmişdir.

1942-ci ildən 1946-cı ilə qədər ailə vəziyyətinin ağır olduğuna görə təhsilini davam etdirə bilməyib Saraçlı Voroşilov adında kolxozda işləmişdir.

1946-cı ilin sentyabrında təhsilini davam elətdimrək üçün Bolnisi rayonunun Faxralı orta məktəbinə daxil olub və məktəbin 10-cu sinifini 1949-cu ildə bitirmişdir. 1949-cu ilin iyul ayında Sovet ordusu sıralarına çağrılmışdır və 1952-ci ildə ordu sıralarında tərxis olunmuşdur.

1953-cü ildə Saraçlı Rustaveli adına kolxozda işləmişdir. 1954-cü ildə təhsilini Azərbaycanın Kirovabad şəhərindəki bədən tərbiyəsi texnikumuna daxil olaraq həmin texnikumu 1957-ci ildə fərqlənmə ilə bitirmişdir.

1957-ci ildən 1960-cı ilin yanvar ayına qədər Dmanisi rayonunun Dağ arxlı kəndində bədən tərbiyəsi müəllimi işləmişdir.

1960-cı ilin yanvar ayından Saraçlı orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. Həmçinin 1960-cı ildən 1969-cu ilə qədər laborant vəzifəsində də işləmişdir.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:Göyüşov Cəlal Əhməd


Göyüşov Cəlal Əhməd oğlu 1933-cü ildə Bolnisi rayonu Saraçlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1939-cu ildə Saraçlı səkkizillik məktəbinin birinci sinifinə daxil olmuşdur. 1947-ci ildə Saraçlı səkkizillik məktəbini 8-ci sinifini bitirərək, həmin dərs ilində Faxralı orta məktəbinin 9-cu sinifinə daxil olmuşdur. 1951-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.

1951-52- ci dərs ilində Saraçlı səkkizillik məktəbində kitabxana mudiri işləmişdir.  1952-ci ildə S.M.Kirov adına Azərbaycan dövlət bədən tərbiyəsi institutuna daxil olub və 1956-cı ildə həmin institutu bitimişdir.

1956-cı ildən   1993-cü ilə qədər  Saraçlı kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləmişdir.

Tam adı:Həsənov Abdulla Qurban


Həsənov Abdulla Qurban oğlu 1919-cu ildə Bolnisi rayonu Saraçlı kəndində anadan olmuşdur. 1928-ci ildə Saraçlı kəndindəki ibtidai  məktəbin birinci sinifinə daxil olmuş,  1932-ci ildə həmin məktəbi bitirmişdir. 1932-ci ildən 1936-cı ilə qədər Faxralı yediillik məktəbində oxumuşdur.

Təhsilini davam etdirmək üçün 1936-cı ildə Lüksemburq kənd təsərrüfatı texnikumunun mexanizasiya şöbəsinə daxil olmuş və 1940-cı ildə bitirmişdir.1940-cı ilin senytabrında Lüksemburq ( indiki Bolnisi) RXMŞ-si tərəfindən Bolnisi rayonunun Qaradaş kəndindəki bitidai məktəbə müdir təyin edilmişdir.

1941-ci ilin iyul ayından 1943-cü il iyun ayına qədər ordu sıralarında olmuşdur ( 568 nömrəli xüsusi sapyor batalyonunda). Ordudan qayıtdıqdan sonra 1943-cü ilin sentyabrında Bolnisi rayonunun Seneb İbtidai məktəbinə müdir təyin edilmiş və 1947-ci ilə qədər orada işləmişdir.

Həmçinin 1945-ci ildə Borçalı pedoqoji məktəbini bitirmişdir.

1947-ci ilin avqustun 20-dən Bolnisi rayonunun Faxralı kəndindəki Şahbuzlu  ibtidai məktəbinə müəllim göndərilmiş və 1952-ci ilin sentyabrına kimi həmin məktəbdə işləmişdir.

1952-ci ilin sentyabrından  1991-ci ilə qədər Saraçlı orta məktəbində müəllim işləmişdir.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:Həsənova Şəfiqə Alı


Həsənova Şəfiqə Alı qızı 1925-ci ildə Lüksemburq (indiki Bolnisi) rayonu Saraçlı kəndində kəndli ailəsində anadan olmuşdur. 1932-ci ilin sentyabrında  Saraçlı natamam orta  məktəbin birinci sinifinə daxil olmuş,  1938-ci ildə həmin məktəbi bitirmişdir. Təhsilini davam elətdirmək üçün 1938-39-cu dərs ilində Tbilisi pedaqoji texnikumuna daxil olmuşdur. Tbilisi pedaqoji texnikumunu 1940-41-ci dərs ilində bitirib, təyinat üzrə Lüksemburq rayonunun Abdallı kəndində müəllim işləmişdir.

1946-ci ildən Saraçlı orta məktəbinə müəllim təyin olunmuşdur.

1950-ci ildə Bakı şəhərindəki Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil - ədəbiyyat fakultəsinin qiyabi şöbəsinə daxil olub, 1956-ci ildə müvəffəqiyyətlə bitirmişdir.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:Hüseynov Oruc İsa


Hüseynov Oruc İsa oğlu 1927-ci ildə Bolnisi rayonu Saraçlı kəndində anadan olmuşdur. 1936-ıi ildə Saraçlı kəndindəki 7 illik  məktəbin birinci sinifinə daxil olmuş,  1943-cü ildə həmin məktəbi bitirmişdir.

1943-cü ildən 1945-ci ilə kimi Saraçlı Voroşilov adına kolxozda işləmişdir. Təhsilini davam elətdirmək üçün 1945 – 1946-cı tədris ilində Faxralı  orta məktəbinin 8-ci sinifində oxumuşdur.

1946-cı ildə Marneuli pedaqoji texnikumuna daxil olub, 1950-ci ildə texnikumu bitirmişdir.

1950-ci ldən Saraçlı orta məktəbində müəllim işləmişdir.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:Hüseynov Bayram Osman


Hüseynov Bayram Osman oğlu 1953-cü ildə Bolnisi rayonu Saraçlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1960-cı ildə Saraçlı orta məktəbinin 1-ci sinifinə daxil olub həmin məktəbi 1970-ci ildə bitirmişdir. 1971-ci ildə M.F.Axundov adına Xarici dillər institutununa daxil olub, 1975-ci ildə Xarici dillər institutunun alman dili fakultəsini bitirmişdir.

1975-ci ildən  də Saraçlı orta məktəbində alman dili müəllimi işləməyə başlamışdır.

 

17.01.1988 -ci il tarixində haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:Hüseynov Mürsəl Həmzə


Hüseynov Mürsəl Həmzə oğlu 1920-cu ildə Bolnisi rayonu Saraçlı kəndində anadan olmuşdur. 1937-ci ildə Saraçlı kəndindəki 7 illik  məktəbin birinci sinifinə daxil olmuşdur və həmin məktəbinin 7-ci  sinifini 1947-ci ildə bitirmişdir.

1947-48 ci dərs ilində Faxralı orta məktəbinin 8-ci sinifinə daxil olub və həmin məktəbin 11-ci sinifini 1950-ci ildə bitirmişdir.

Təhsilini davam elətdirmək üçün Tbilisi Puşkin adına iki illik əyani insitututa daxil olub, həmin insitututu 1953-cü ildə bitirmişdir.

1954-55-ci idərs ilində Saraçlı orta məktəbinə təyin olunaraq məktəbdə müəllim işləmişdir.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:İsmayılov Nəbi Həmid


İsmayılov Nəbi Həmid  oğlu 1935-ci ildə Bolnisi rayonu Saraçlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1944-cü ildə Saraçlı kəndindəki 8 illik  məktəbin birinci sinifinə daxil olmuşdur və həmin məktəbinin 8-ci  sinifini 1953-ci ildə bitirmişdir.

1953-cü ildə Azərbaycanın Kirovabad bədən tərbiyəsi texnikumuna daxil olub, 1956-cı ildə texnikumu bitirmişdir.

1956- cı ildən 1959-cu ilə kimi Saatlı rayonunun Əli-Sultanlı orta məktəbində bədən tərbiyəsi müəllimi işləmişdir.1959-cu ildən Bolnisi rayonu Faxralı məktəbində bədən tərbiyəsi müəllimi işləmişdir.

1966-cı ildən isə Saraçlı kənd orta məktəbində ibtidai sinif müəllimi işləmişdir.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:İsmayılova Kəklik  Əmirxan


İsmayılova Kəklik  Əmirxan  qızı 1954-cü ildə Bolnisi rayonu Saraçlı kəndində anadan olmuşdur. 1961-ci ildə Saraçlı kəndindəki orta  məktəbin birinci sinifinə daxil olmuşdur və həmin məktəbi 1972-ci ildə bitirmişdir.

1972-ci ildə V.İ.Lenin adına APİ-nin fizika fakultəsinə daxil olub, 1976-cı ildə bitirmişdir.

1976-cı ildən – 1994-cü ilə  Saraçlı orta məktəbinə fizika müəlliməsi işləmişdir.

 

1994-ü cü ildə Bakı şəhərinə köçmüşdür.

Tam adı:Mehrabov Əhməd Yunis


Mehrabov Əhməd Yunis  oğlu 1922-ci ildə Bolnisi rayonu Saraçlı kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. 1930-cu ildə Saraçlı yedillik məktəbin birinci sinifinə daxil olub, 1938-ci ildə həmin məktəbi bitirşmişdir.

1934-ci ildə Marneuli rayonunda pedaqoji məktəbinə daxil olub, 1941-ci ildə bitirmişdir.

1941-ci ildə Marneuli rayonundan Sovet ordusunda xidmətə getmişdir. 1946-cı ilin oktyabrında SSRİ ali sovetinin göstərişinə əsasən tərxis olunmuşdur.

1946-cı ildən 1948-ci ilə kimi Bolnisi rayonunun İmir – Həsən yeddillik məktəbində müəllim işləmişdir.

1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və Ədədbiyyat fakultəsinə daxil olub, 1952-ci ildə İnstitutu bitirib Maarif Nazirliyinin əmrinə əsasən Qasım İsmayılov rayonuna müəllim təyin edilmişdir.

1953-cü ilin avqust ayından 1957-ci ilə kimi Qasım İsmayılov rayonunun Naftalan qəsəbəsində dərs hissə müdiri işləmişdir.

1957-ci il dərs ilindən Bolnisi rayonunun Saraçlı orta məktəbində dil və ədəbiyyat müəllimi işləmişdir.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

 

Tam adı:Mehrabov Xələddin Yunis


Mehrabov Xələddin Yunis  oğlu 1937-ci ilin sentyabrın 5-də  Bolnisi rayonu Saraçlı kəndində kolxoşçu ailəsində anadan olmuşdur. 1946-cı ildə Saraçlı səkkizillik məktəbin birinci sinifinə daxil olub, 1954-cü ildə həmin məktəbi bitirşmişdir.

1954-cü ildə Arıxlı orta məktəbinin 9-cu sinifinə daxil olmuş və 1957-ci ildə Arıxlı orta məktəbini bitirmişdir.

1957-ci ildə Bakıda Xarici Dillər İnstitutunun 1-ci kursuna daxil olmuş və 1962- ci ildə həmin İnstitutu bitirib, Saraçlı orta məktəbinə alman dili müəllimi təyin olunmuşdur.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

 

Tam adı:Mehrabova Gülnaz Qədir


Mehrabova Gülnaz Qədir qızı  1960-cı ilin oktyabrın 12-də  Bolnisi rayonu Saraçlı kəndində kolxoşçu ailəsində anadan olmuşdur. 1968-ci ildə Saraçlı orta məktəbinin birinci sinifinə daxil olub, 1978-ci ildə həmin məktəbi bitirşmişdir.

1979-cu ildə KDPİ-nin fizika-riyaziyya fakultəsinə qəbul olunmuş və 1983-cü ildə riyaziyyat ixtisası üzrə tam kursu bitirmişdir.

30.04.1990 tarixindən Saraçlı Orta Məktəbinə əmək təlimi müəlliməsi işləmişdir.

02.09.1991 tarixindən isə qrup  və riyaziyyat müəlliməsi işləmişdir.

Tam adı:Məmmədov Lətif Məmməd


Məmmədov Lətif Məmməd oğlu 1937-ci ilin mayın 5-də  Bolnisi rayonu Saraçlı kəndində kolxoşçu ailəsində anadan olmuşdur. 1945-ci ildə Saraçlı səkkizillik məktəbin birinci sinifinə daxil olub, 1953-cü ildə həmin məktəbi bitirşmişdir.

1953-cü ildə Azərbaycan Bədən tərbiyəsi texnikumuna daxil olmuş və 1956-cı ildə həmin texnikumu bitirdikdən sonra təyinatla Saraçlı orta məktəbinə Bədən tərbiyəsi müəllimi təyin olunmuşdur.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

 

Tam adı:Mirzəyev Vilayət Namaz


Mirzəyev Vilayət Namaz oğlu 1939-ci ilin mayın 5-də  Bolnisi rayonu Saraçlı kəndində ailəsində anadan olmuşdur. 1946-cı ildə Saraçlı səkkizillik məktəbin birinci sinifinə daxil olub, 1954-cü ildə həmin məktəbi bitirşmişdir.

1955-ci ildə Arıxlı orta məktəbinin 9-cu sinifinə daxil olub, 1957-ci ildə Arıxlı orta məktəbinin tam kursunu bitirmişdir.

1957-ci ildə Kirovabad Pedqaoji İnstitutunun 1-ci kursuna daxil olmuşdur. H.Zərdabi adına Kirovabad Pedqaoji İnstitutunu 1962-ci ildə bitirmişdir.

Həmin ili Kəpənəkçi orta məktəbində kimya-biologiya müəllimi işləmişdir.

1964-cü ildən Saraçlı orta məktəbində kimya-biologiya müəllimi işləmişdir.

Tam adı:Əhmədov Əhməd Mövlüd


Əhmədov Əhməd Mövlüd oğlu 1944-cü ildə Bolnisi rayonunun Saraclı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1952-ci ildə həmin kəndin orta məktəbin birinci sinifinə daxil olmuşdur və 1960-ci ildə həmin məktəbi 8-ci sinifini bitirmişdir.

1961-ci ildə Faxralı kənd orta məktəbinin 9-ci sinifinə daxil olub, 1963-cü ildə həmin məktəbi bitirmişdir.

1967-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1974-cü ildə həmin İnstitutun coğrafiya fakultəsini bitirmişdir.

Həmin ildən Saraçlı orta məktəbində Coğrafiya müəllimi işləməyə başlamışdır.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:Musayev Firudin Veys


Musayev Firudin Veys oğlu 1949-cu il aprelin 22-də  Bolnisi rayonunun Saraclı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1956-cı ildə həmin kəndin orta məktəbin birinci sinifinə daxil olmuşdur və 1966-ci ildə həmin məktəbi  bitirmişdir.

1966 – 1967- ci illərdə Sumqayıt şəhərində, daha sonra isə Marneuli şəhərində işləmişdir.

1968-ci ilin may ayında Sovet Ordusu sıralarına getmiş cə 1970-ci ildə əsgəri xidmətini bitirdikdən daha bir il Bakı şəhərində istehsalatda işləmişdir.

1971-ci ildə V.İ.Lenin adına APİ-nin coğrafiya fakultəsinə qiyabi qəbul olmuşdur. Qiyabi oxumaqla bərabər, həm də 1973-cü ildən Saraclı orta məktəbində coğrafiya müəllimi işləmişdir.

1976-ci ildə APİ-ni bitirmişdir.

01.11.1979-cu ildən məktəbin təşkilatçısı olub.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:Musayev Ömər İsa


Musayev Ömər İsa oğlu 1929-cu il fevralın 15-də  Bolnisi rayonunun Saraclı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1936-cı ildə Saraçlı natamam orta məktəbin birinci sinifinə daxil olmuşdur və 1942-ci ildə həmin məktəbin 7-ci sinifini  bitirmişdir.

1942-ci ildən 1945-ci ilədək Saraçlı kəndindəki kolxozda işləmişdir.

1945-ci ildə Faxralı orta məktəbinin 8-ci sinifinə daxil olub, 1949-cu ildə 11-ci sinifini bitirmişdir.

1949-cu ildə S.M.Kirov adına Aəzrbaycan Dövlət Bədən Tərbiyəsi institutuna daxil olub, 1953-cü ildə oranı bitirmişdir.

1953-cü ilin avqustundan 1955-ci ilin avqustuna kimi Arıxlı orta məktəbində Bədən Tərbiyəsi müəllimi işləmişdir.

1955-ci ildən Saraçlı orta məktəbində Bədən Tərbiyəsi müəllimi işləmişdir.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:Musayeva Safara İsa


Musayeva Safara İsa qızı  1950-ci  ildə Bolnisi rayonunun Saraclı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Saraçlı orta məktəbin birinci sinifinə daxil olmuşdur və 1967-ci ildə həmin məktəbin 10-cu sinifini  bitirmişdir. 1967- ci ildən 1968-ci ilədək Rustaveli adına Saraçlı kolxozunda işlədikdən sonra 1968-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Geoloji Coğrafiya fakultəsininin qiyabi şöbəsinə daxil olmuşdur və 1974-cü ildə oranı bitirmişdir.

Ali məktəbi qiyabi oxuduğu müddət ərzində 1969-cu ildən 1972-ci ilə qədər Azərbacyan SSR Elmılər Akademiyasının nəzdində olan Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasında kargüzar və kiçik redaktor vəzifəsində işləmişdir.

1972-ci ildən  01.07.2010 tarixinə qədər Saraçlı orta məktəbində coğrafiya müəlliməsi işləmişdir.

Tam adı:Namazov Oruc Məhəmməd


Namazov Oruc Məhəmməd oğlu  1920-ci  ildə Bolnisi rayonunun Saraclı kəndində kəndli  ailəsində anadan olmuşdur.  1927-ci ildə Saraçlı kəndindəki ibtidai məktəbin birinci sinifinə daxil olmuşdur. Həmin məktəbi bitirdikdən sonra təhsilini davam elətdirmək üçün 1936-cı ildə Faxralı orta məktəbinə daxil olmuş və 1942-ci ildə bitirmişdir. Faxralı orta məktəbini bitirdikdən sonra indiki Dmanisi rayonunda iki aylıq pedminimum adlanan kursu bitirmişdir.

1944-cü ilin sentyabr ayında Faxralı kəndindəki Şaxbuzlu ibtidai məktəbinə müəllim təyin olunmuş və bir müddət işlədikdən sonra 1946-cı ildə Samsverisi kəndinə müəllim təyin olunmuşdur. 1947-ci ildə yenidən Şaxbuzlu ibtidai məktəbinə göndərilmişdir və 1956-cı ilə qədər həmin məktəbdə işləmişdir.

1957-ci ildən Saraçlı orta məktəbində ibtidai sinif müəllimi işləmişdir.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.

Tam adı:Nazarov Veys Namaz


Nazarov Veys Namaz oğlu  1915-ci  ildə Bolnisi rayonunun Saraclı kəndində kəndli  ailəsində anadan olmuşdur.  1928-ci ildə Saraçlı ibtidai məktəbinə daxil olub 1931-ci ildə bitirmişdir.

1932-ci ildə Faxralı yediillik məktəbinə daxil olmuş 1934-cü ildə həmin məktəbi bitirmişdir.

1935-ci ildə Dmanisi pedaqoji texnikumuna daxil olmuşdur. 1937-ci ildə texnikumu bitirib, 1938-ci ildə Aspindza rayonunun İndusa kəndindəki ibtidai məktəbinə müdir təyin olunmuşdur. 1939-cu ildə hərbi xidmətə getmişdir. 1940-cı ildə Bessarabiyanın azad edilməsində iştirak etmişdir.

1941-ci ildən 1942-ci ilə qədər Böyük Vətən müharibəsində iştirak etmişdir. 1942-ci ilin mart ayında ağır yaralandığına görə hərbixidmətdən tərxis olunmuşdur.

1943-cü ildə Saraçlı yeddiillik məktəbinə hərbi təlim müəllimi təyin olunmuşdur.

1952-ci ildən pedaqoji fəaliyyətini həmin məktəbdə davam etdirmişdir.

1970-ci ildə əməkdar müəllim adını almışdır.

1975-ci ildən fərdi təqaüdçü olmuşdur.

 

Haqqın rəhmətinə qovuşmuşdur.

Allah Rəhmət Eləsin.